“Qumar” olayı - Azərbaycan millisinin daha iki sabiq oyunçusu futboldan uzaqlaşdırıldı

15 Noyabr 23:20 Hadisə 1 166
“Qumar” olayı - Azərbaycan millisinin daha iki sabiq oyunçusu futboldan uzaqlaşdırıldı

Azərbaycan millisinin daha iki keçmiş futbolçusu Emre Kaplan və Murat Cem Akpınar müəyyən müddətə futboldan uzaqlaşdırıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Onların adları mərc oyunlarında hallandığı üçün 45 günlük futboldan diskvalifikasiya ediliblər.

Emre Kaplan Azərbaycanın U-19, U-21, Murat Cem Akpınar isə U-17 millisində forma geyiniblər.

Azərbaycanın əsas millisinin sabiq müdafiəçisi Mert Çelik də eyni səbəbdən 45 günlük futboldan kənarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI