Müasir gənclərin başlıca problemlərindən biri futbola lazımınca zaman ayırmamalarıdır.
Zamanın çox hissəsini mobil telefonlara, sosial şəbəkələrə və oyunlara ayıran yeniyetmələr futbola səthi yanaşır.
Lakin bu, heç də hamısına aid deyil. Barmaqla sayılacaq qədər az da olsa, elə yeniyetmələr var ki, boş vaxtını təhsilə, qiraətə, daha çox öyrənməyə ayırır.
“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə də belələrindəndir. Azərbaycan millisinin də şərəfini qoruyan müdafiəçinin sosial şəbəkə hesablarına baxanda, oradakı passivlikdən bunu anlamaq çətin deyil.
Vaxtilə “Qəbələ” akademiyasında məşqçi kimi çalışmış Ülfət Mədətov Sportinfo.az-a açıqlamasında Mustafazadə barədə gördüklərini danışıb:
“Bəhlulu uşaq yaşlarından tanıyıram. İllər öncə “Qəbələ” akademiyasında məşqçi kimi çalışanda, Bəhlul aşağı yaş komandalarında oynayırdı.
Telefondan uzaq adam idi, ancaq kitab oxuyurdu. Asudə vaxtlarda əksər uşaqların əlində telefon olanda, Bəhlul əlində kitab gəzirdi, ya da oxuyurdu.
Məncə, bu, ailə ilə bağlı olan işdir”.
HƏBİB

