Öünü açıq şəkildə “seks asılısı” adlandıran 59 yaşlı braziliyalı futbol əfsanəsi Romario yenidən diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, Braziliya millisinin sabiq üzvü bir ildən çox münasibətdə olduğu 22 yaşlı tələbə qız – Alisiya Qomeslə yollarını ayırıb.
Cütlük seçki kampaniyası zamanı tanış olmuşdu və ilk dəfə “Rock in Rio” festivalında birlikdə görünmüşdülər.
Onlar orada Meraya Kerrinin çıxışını izləyirdilər. Daha sonra Alisiya Romarionun 59 yaşını qeyd etdiyi möhtəşəm ad günü tədbirində də qonaqlar arasında idi.
Lakin indi onların bir-birini sosial şəbəkələrdə izləmədən çıxarması pərəstişkarların ayrılıqdan şübhələnməsinə səbəb olub.
Bu arada jurnalistlər Romarionu Rio-de-Janeyroda keçirilən musiqi gecəsində gördükləri “sirli sarışın” qadınla əlaqələndirirlər. İddialara görə, onlar tədbir zamanı yaxın münasibətdə olublar.

