“Azərbaycanla matçda büdrəsək də, göstərdik ki...”

02:10 Hadisə 85
“Azərbaycanla matçda büdrəsək də, göstərdik ki...”

Ukrayna millisinin müdafiəçisi Vitali Mikolenko DÇ-2026-ya vəsiqə qazanmaq şansları barədə danışıb.

Sportinfo.az xəbər verir ki, “Everton”un futbolçusu seçmə mərhələni uğurla başa vurmaq iqtidarında olduqlarını bildirib.

Azərbaycan millisi ilə Bakıdakı qarşılaşmada qeydə alınan bərabərliyi (1:1) xatırlayan Mikolenko bunun onlara mane olmayacağına inandığını deyib:

“Dünya çempionatında 48 komanda çıxış edəcək. Düşünürəm ki, biz mütləq orada olmalıyıq.

Bizim yığmamız, futbolçularımız dünya çempionatında oynamağa layiqdir. Əla komandamız, yaxşı kollektivimiz, güclü futbolçularımız var.

Onlar güclü klublarda çıxış edirlər. Azərbaycanla Bakıdakı matçda büdrəsək də, göstərdik ki, Avropanın ən güclü yığmaları səviyyəsində oynaya bilirik.

Sonrakı görüşlərdə xarakter göstərdik və sona qədər mübarizə apara bildiyimizi sübut etdik.

Dünya çempionatına getmək üçün qarşıdakı oyunlarda əlimizdən gələni edəcəyik. Bu, bizim məqsədimizdir”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 03:30 Millimiz finala yüksəldi