Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Centenary” stadionunda təşkil olunan görüş Çexiya seçməsinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.
75-ci dəqiqədə Azərbaycan millisinin oyunçusu Hikmət Cəbrayılzadə qırmızı vərəqə alıb. O, 46-cı dəqiqədə oyuna daxil olmuşdu.
Çexiyadan 6 qoldan 3-nü Lui Buffon vurub. O, 2-ci hissədə - 54, 64 və 90 +3-cü dəqiqələrdə fərqlənib.
Sol vinger olan 17 yaşlı Lui Buffon İtaliya millisinin əfsanəvi qapıçısı Canluici Buffonun oğludur.
Atasından fərqli olaraq, o, bu ildən başlayaraq əvvəlcə Çexiyanın U-18, sonra isə U-19 milli komandasında oynayır.
O, Cexiya millilərində ilk qolunu/qollarını Azərbaycanın U-19 komandasının qapısından keçirib.
Lui Buffon hazırda İtaliya A seriyasında çıxış edən “Piza” klubunun üzvüdür.

