İranlı qadın məşqçi bu VİDEOlarına görə saxlanıldı

00:10 Hadisə 75
İranlı qadın məşqçi bu VİDEOlarına görə saxlanıldı

İranda qadın taekvandoçu və gimnastika üzrə məşqçi Haniyə Şariati Rudpoşti saxlanılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Norveçdə fəaliyyət göstərən “Hengaw Organization for Human Rights” təşkilatı yayıb.

Tehranda saxlanılan Haniyənin naməlum istiqamətə aparıldığı bildirilib.

İdmançının ailəsinə yaxın mənbənin təşkilata açıqladığı məlumata görə, onun saxlanılmasına səbəb küçədə baş örtüyü olmadan akrobatika hərəkətləri etməsi olub.

Həmçinin qeyd olunub ki, məşqçiyə ailəsi ilə qısa telefon danışığı aparmağa icazə verilib. O, bu zaman yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib və kömək istəyib.

Ailə daha sonra Haniyədən heç bir məlumat ala bilməyib.Hadisədən sonra taekvandoçunun sosial şəbəkə hesabları da nəzarə götürülüb, təqribən 160 min izləyicisi olan instaqram hesabı isə bağlanıb.

Hadisə sosial şəbəkələrin İran seqmentində müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri ölkədə hicabla bağlı qaydaların son zamanlar sərtləşdirildiyinə diqqət çəkiblər.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 02:00 O da sabah danışacaq
12 Noyabr 01:20 "Kəpəz"də əməliyyat