Azərbaycanlı biznesmenin futbolla fəaliyyətinə qadağa qoyuldu - Ömürlük

11:00 Hadisə 177
Azərbaycanlı biznesmenin futbolla fəaliyyətinə qadağa qoyuldu - Ömürlük

Azərbaycanlı iş adamı Tufan Sadıqovun Rusiyada futbolla məşğul olmasına ömürlük qadağa qoyulub.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyasının İntizam Komitəsi qərar çıxarıb.

Qərara səbəb klubun iflasına yol açan pis niyyətli və məntiqsiz addımlardır.

“Ximki” əsas himayədarı olan Sadıqovun yanlış idarəetməsi üzündən, sentyabrda 448 milyon rubl (9 milyon 375 min manat) borcu ödəyə bilməyərək müflis elan olunmuşdu.

Maraqlıdır ki, Sadıqov hazırda Türkiyə aşağı dəstə təmsilçisi “Serik Bələdiyyəspor”a rəhbərlik edir. Elə bu klubda da oxşar problemlər baş qaldırıb.

azerbaycanli-is-adaminin-futbolla-fealiyyetine-omurluk-qadaga-qoyuldu

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 12:00 Vinisius satılacaqmı?
11 Noyabr 08:20 Cavidin “yem”i - VİDEO