Dörd il sonra klubla sağollaşdı - 22 yaşlı müdafiəçi

29 İyun 2025 02:20 Hadisə 1 043
Dörd il sonra klubla sağollaşdı - 22 yaşlı müdafiəçi

“Sabah”ın UEFA Avropa Liqasındakı rəqibi Sloveniyanın “Tsele” klubu müdafiəçisi ilə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, sloveniyalı futbolçu Neyts Ayxmayer dörd il sonra klubla sağollaşıb.

22 yaşlı sağ cinah müdafiəçi karyerasını “Mura”da davam etdirəcək.

"Tsele” Avropa Liqasının I təsnifat mərhələsində iyulun 10-da “Bank Respublika Arena”da “Sabah”ın qonağı olacaq. Cavab görüşü isə bir həftə sonra Tsele stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi