Qazancını buna xərcləyir: "Qeyri-adi nəyimsə yoxdur, futbol həvəskarıyam”

29 İyun 2025 02:10 Hadisə 804
Qazancını buna xərcləyir: "Qeyri-adi nəyimsə yoxdur, futbol həvəskarıyam”

Müğənni Zamiq Hüseynov qazancını nəyə xərclədiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, sənətçi "Həmin Zaur" verilişində gəlirinin çoxunu mahnılara xərclədiyini deyib:

"Qeyri-adi nəyimsə yoxdur. Futbol həvəskarıyam.

Bir köhnə maşınım var. Mənim üçün dəyərlidir. Yatırımımı sənətə edirəm.

Mahnı oxumaq baha başa gəlir. Kliplə birlikdə mahnıya 30-35 min manat ödəyirəm. Səs, geyimlər, klip...

Bunlar olunmalıdır. Konsertlər verirəm. Konsertə bütün biletlərim satıldı, amma bundan əlavə cibimdən pul xərclədim.

Bunu heç kim bilmir, ilk dəfə deyirəm ki, cibimdən pul qoydum. Hər şeyin ən yaxşısını etdim. Acından ölməyəcəyəm.

Bir formada dolanıram. Amma adıma görə ən yaxşısını etməliyəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!