Azərbaycan millisinin sabiq oyunçusu uzun sürən ağır xəstəlikdən sonra vəfat etdi

28 İyun 2025 00:00 Hadisə 613
Azərbaycan millisinin sabiq oyunçusu uzun sürən ağır xəstəlikdən sonra vəfat etdi

Azərbaycan basketbolu ağır itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, uzun illər Rusiyanın Stavropol şəhərində yaşayan, milli komandamızın sabiq üzvü, SSRİ idman ustası Vaqif Hacımətov vəfat edib.

O, 62 yaşında, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

V.Hacımətov 1982-ci ildə SSRİ basketbol yığmasına dəvət alıb.

O, SSRİ çempionatında Azərbaycan Neft və Kimya İnstitutunun komandasında çıxış edib. Daha sonra Rusiya çempionatında "Dinamo" (Stavropol) klubunun uğurları üçün mübarizə aparıb.

Peşəkar basketbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti ilə məşğul olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi