Tərlan Əhmədov meydana ayaq basdı, onlar ŞOU göstərdi! - FOTOLAR

27 İyun 19:40 Hadisə 459
Tərlan Əhmədov meydana ayaq basdı, onlar ŞOU göstərdi! - FOTOLAR

Mərhum azərbaycanlı hakim Tofiq Bəhramovun 100 illik xatrirəsinə həsr olunmuş turnir davam edir.

Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin təşəbbüsü, “Topaz”ın maliyyə dəstəyi ilə baş tutan isonuncu, yəni üçüncü turun oyununa maraqlı qarşılaşma ilə yekun vurulub.

C qrupunun birincisi olmaq uğrunda baş tutan matçda “Veteran futbolçular”la Premyer Liqada görməyə alışdığımız hakimlər üz-üzə gəlib.

Əvvəlcə heyətləri rəqdim edib, sonra keçək oyunda yaşanan maraqlı görüntülərə.

Veteran futbolçular: Nadir Şükürov, Tərlan Əhmədov, Ədahim Niftəliyev, Əli Abışov, Alim Qurbanov, Rəcəb Fərəczadə, Zaur İsmayılov, Xaqani Məmmədov.

Referee Team: İnqilab Məmmədov, Əliyar Ağayev, Kamranbəy Rəhimov, Rauf Allahverdiyev, Əli Əliyev, Mirhihat Seyidov, Rahil Ramazanov, Tural Qurbanov, Zeynal Zeynalov, Şirməmməd Məmmədov, Namiq Hüseynov.

Qarşılaşmanın böyük maraqla gözlənilməsinin başlıca səbəbi hakimlərin arasında futbol oynamağı yaxşı bacaranların yer almasıydı. Yəni ötənlərin tanınmış top ustalarına əsas rəqiblərdən biri məhz referilərin kollektivi tay tutulurdu.

Elə oyunun gedişatı, vurulan qollar arasındakı interval da gümanımızda yanılmadığımızı göstərdi.

Yaşı 25-40 aralığında olan, fiziki formaları göz oxşayan hakimlərin əmiləri yaşda olan 57 yaşlı Əli Abışova, 60-a çatan Nadir Şükürova, 50-ni keçmiş Ədahim Niftəliyevə, Tərlan Əhmədova yalnız daha çox qaçmaq və mübarizə aparmaq hesabına boy verə bilərdi ki, məhz bu keyfiyyətlər hansısa mənada ustalıq və təcrübə ilə ayaqlaşırdı.

İlk hissə veteranların 3:2 hesablı qələbəsi ilə başa çatsa da, fasilədə güc yığan ədalət təmsilçiləri ikinci yarının əvvəlində 5:4 hesabı ilə önə çıxmağı bacardı.

Veteranlardakı yorğunluq özünü açıq şəkildə göstərirdi. Buna baxmayaraq, vaxtilə yaşıl meydanda məğlub durumdan necə çıxmağın yollarını unutmamışdılar.

Təmkini qoruyub, ağıllı ötürmələr etməklə vacib qollar vurub, hakimlərə əsas peşələrinin futbol oynamaq yox, meydanda yaşananlara nəzarət etmək olduğunu göstərməyi bacardılar – 9:6.

Şükürovun müdhiş qurtarışları, Fərəczadənin futzal təcrübəsi, Qurbanovun ötürmələri və zərbələri, Məmmədovun hücumçu təcrübəsi, Abışovun işgüzarlığı oyuna rəng qatdığı qədər hakimlərin heyətində Əlinin futbolçu keyfiyyətlərinə, İnqilabın ağıllı oyununa, Kamranbəyin qələbə əzminə şahidlik etmək həqiqətən zövq verdi.

Xaqani Məmmədovun het-trikinə Rəcəblə Alim dubl etməklə gözəllik qatınca, Əli Abbışovla Ədahim Niftəliyev də adını fərqlənənlər sıyahısına yazdırdı.

Hakimlərdən İnqilab, Kamranbəy və Əli dub müəllifi kimi yadda qaldı.

Veteran futbolçular qrupu lider qismində başa vurub, ikinci yerin sahibi olan hakimlərlə birlikdə yarımfinala yüksəldilər. Bu komandaların növbəti dəfə finalda qarşılaşmaq şansları var.

Həyata heçsə, azarkeşlər üçün çox-çox maraqlı olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 İyun 18:10 Çək və bizə göndər!