Geri qayıdan hücumçu Azərbaycan klubuna söz göndərdi

28 İyun 01:00 Hadisə 2 524
Geri qayıdan hücumçu Azərbaycan klubuna söz göndərdi

“Araz-Naxçıvan”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris”in yeni transferi Yoannis Qianniotas keçidlə bağlı təəssüratlarını bildirib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu doğma komandasına döndüyü üçün xoşbəxt olduğunu açıqlayıb.

Qianniotas indi bütün diqqətlərini “Araz-Naxçıvan”la matçlara yönəltdiklərini söyləyib:

“Evə qayıdıram, bu özü hər şeyi deyir. Futbolçu kimi böyüdüyüm komandaya döndüyüm üçün çox xoşbəxtəm.

Bu, çoxdandır arzuladığım keçid idi. Bundan sonra düşünəcəyim tək şey komandamda uğurlu çıxış edərək milliyə dönməkdir.

Həm Yunanıstan çempionatında, həm də Konfrans Liqasında birlikdə hədəflərimizə nail olmağa çalışacağıq. Bunun üçün bütün gücümü səfərbər edəcəyəm.

Artıq avrokubokda “Araz-Naxçıvan”la oyunun hazırlığını görürük. Azərbaycan komandası ilə matçda istədiyimiz nəticəni əldə edəcəyimizə və Konfrans Liqasında daha da irəliləyəcəyimizə inanırıq”.

“Araz-Naxçıvan” “Aris”lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşün isə ayın 31-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu