
Yanvar ayında "Komo" ilə müqavilə imzalayan Dele Allinin sevgilisi Sindi Kimberli ilə birlikdə İtaliyaya köçəcəyi gözlənilirdi.
Sportinfo.az xəbər verir ki, onun "Playboy" modeliylə münasibətləri ciddi görünürdü.
Lakin sonradan məlum oldu ki, onların arasındakı əlaqələr pozulub. Dele isə çox da uzun müddət tək qalmayıb. İngiltərəli futbolçunun yeni sevgilisi fars Parmida Şahbazidir.
Alli 2024/25 mövsümündə cəmi 9 dəqiqə meydanda olduqdan sonra istirahətə İbizaya yollanıb. Onu müşayiət edən isə artıq Sindi yox, məhz Parmida olub.
İngiltərə mətbuatının yazdığına görə, Kimberli əvvəlcə Delenin təklifi ilə tətilə getməkdən imtina edib, çünki Mərakeşdə təcili iş görüşmələri var idi.
Bundan sonra futbolçu onun əvəzinə Parmidanı dəvət edib. Bunu eşidən Kimberli münasibətləri dərhal bitirib və sosial şəbəkələrdəki bütün birlikdə çəkilmiş fotoları silib.
Amma görünür, Alli buna çox da kədərlənməyib. Parmida Niderlandda yaşayan fars əsilli modeldir. Onun "İnstagram" platformasında 200 mindən çox izləyicisi var. Sosial şəbəkə profilində onun iran mənşəli olduğu vurğulanır: “Ehtiraslı və fars!”
Həmçinin məlumdur ki, o, Amsterdam Universitetində təhsil alıb. Hazırda haqqında çox məlumat olmasa da, görünən odur ki, Dele Allinin sayəsində o mətbuatda hələ çox görünəcək.