13 qol vurdu, Premyer Liqada forma geyinəsi olmadı

26 İyun 2025 00:50 Hadisə 1 204
13 qol vurdu, Premyer Liqada forma geyinəsi olmadı

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Karvan"da daha bir ayrılıq baş verib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bəhruz Teymurovun müqaviləsi başa çatıb və o, komandadan ayrılıb.

Ötən ilin yayında "Karvan"a keçən 30 yaşlı yarımmüdafiəçi vurduğu 13 qolla komandasının bombardirlərindən olub.

"Karvan"ın ən yaxşı bombardiri (15 qol) Emil Qasımov da bu yay komandanı tərk edib.

Həmçinin qanalı yarımmüdafiəçi Ezekiel Morqan (10 qol) da Yevlax təmsilçisindən ayrılıb ki, sözügedən üç futbolçu komandanın əsas qol silahları olub.I Liqanı 3-cü pillədə başa vuran "Karvan" ötən mövsüm ümumilikdə 53 qol vurub. Bunlardan 38-ni sözügedən üç futbolçu rəqib qapılarından keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi