Xorvatiyalı qapıçı transfer etdi - 2027-ci ilin yayına qədər

26 İyun 2025 02:20 Hadisə 1 905
Xorvatiyalı qapıçı transfer etdi - 2027-ci ilin yayına qədər

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" heyətinə yeni qapıçı cəlb edib.

Sportinfo.az xəbər verir ki, Sloveniya təmsilçisi "Makkabi" (Tel Əviv) ilə müqaviləsi başa çatan Simon Sluqanı rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuaat xidməti məllumat yayıb.

32 yaşlı xorvatiyalı "əlcək sahibi" ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

"Sabah" "Çelye" ilə ilk oyunu 10 iyul tarixində Bakıda "Bank Respublika Arena"da keçirəcək. Komandalar arasındakı cavab görüşü isə ayın 17-də Sloveniyada baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi