Buradan gedən komandanın rəqibi Macarıstan oldu

24 İyun 2025 16:40 Hadisə 667
Buradan gedən komandanın rəqibi Macarıstan oldu

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Art Football Fest” musiqili futbol festivalı davam edir.

Turnirdə iştirak edən Azərbaycanın incəsənət adamlarından qurulmuş komandası qrupda növbəti, yəni sonuncu matçını keçirib.

İlk iki oyunda Qazaxıstana 1:3, Rusiyaya 3:4 hesabı ilə uduzan təmsilçimiz bu dəfə Paraqvay önündə darmadağın olub – 1:5.

Lakin qazaxlarla paraqvaylılar bizimkilərlə oyunlarda icazə veriləndən artıq peşəkar futbolçuya şans verdiyindən, hər ikisinə texniki məğlubiyyət verilib. Nəticədə komandamız yarımfinala vəsiqə qazanıb.

Azərbaycan komandası turnirdə növbəti matçını iyununda 14-də keçirəcək. Bu dəfəki rəqib Macarıstan kollektividir. “Oktyabr” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Festivalda təmsilçimizlə yanaşı, Argentina, Belarus, Macarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Paraqvay, Peru, Russiya, Serbiya, Türkiyə, Cənubi Koreya, Yaponiya və “İnter” adlı komandalar mübarizə aparacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi