Üçüncü transferini reallaşdırdı - İspanyalı müdafiəçi

24 İyun 2025 14:20 Hadisə 1 188
Üçüncü transferini reallaşdırdı - İspanyalı müdafiəçi

Konfrans Liqasında "Araz-Naxçıvan"ın rəqibi olan Yunanıstan “Aris”i üçüncü transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı ispanyalı müdafiəçi Pedro Alvaro Salonikiyə gəlib.

Portuqaliyanın "Estoril" klubunun sabiq futbolçusunu “Aris” idman direktoru Ruben Reyes qarşılayıb.

Pedro Alvaro tələb olunan tibbi və fiziki testlərdən keçdikdən sonra “Kleantis Vikelidis” stadionunda onu ən azı üç il komandada saxlayacaq yeni müqaviləyə imza atacaq.

“Aris” daha öncə Taso Donis ilə Noa Fandiqanı transfer edib. Saloniki təmsilçisi "Araz-Naxçıvan"la ilk oyununu iyulun 24-də Bakıda, cavab görüşünü iyulun 31-də öz meydanında keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi