
2011-2012-ci illərdə "Simurq"u çalışdırmış Sergey Yuran karyerasını Türkiyədə davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, 56 yaşlı rusiyalı mütəxəssisin "Serik Belediyespor"un baş məşqçisi olacağı bildirilir.
Təyinatın gələn həftə rəsmiləşəcəyi gözlənilir.
Bir müddət əvvəl Moskva vilayəti təmsilçisi “Ximki”nin keçmiş investoru Tufan Sadıqovun "Serik Belediyespor"un səhmlərinin 50%-ni aldığı barədə məlumat yayılmışdı.
Amma azərbaycanlı iş adamı "Sport-Ekspress"ə verdiyi şərhdə bu məlumatı təkzib edib:
"Yuran haqqında heç nə deyə bilmərəm. 50 faiz məsələsinə gəlincə, bu, doğru deyil.
Mənim bu klubla heç bir əlaqəm yoxdur. Hamısı nağıldır".
"Serik Belediyespor" 2025/26 mövsümündə ilk dəfə Türkiyə 1-ci liqasında mübarizə aparacaq.