
Ana Markoviç uzun müddətdir dünyanın ən gözəl qadın futbolçusu kimi tanınır.
Sportinfo.az xəbər verir ki, o, bu dəfə də sosial şəbəkələri çimərlikdə çəkilmiş təsirli bir video ilə heyrətləndirib.
Kadrlarda 25 yaşlı xorvat hücumçu qum üzərində ayaqyalın şəkildə topla usta hərəkətlər edərək texnikasını nümayiş etdirib.
“Xoşbəxt olmaq üçün mənə yalnız top və çimərlik yetərlidir”, – deyə Ana qeyd edib.
Qısa, lakin yaddaqalan “Braqa” macərasından sonra Ana karyerasını Portuqaliyanın elita liqasında çıxış edən digər klub, “Damayensi”də davam etdirir.
Markoviç yalnız futbol bacarıqları ilə deyil, həm də xarizması və görünüşü ilə də diqqət mərkəzindədir. Onun "Instagram" səhifəsində artıq 3 milyondan çox izləyici var.
Artan abunəçi sayı ona səs-küylü layihələrdə iştirak imkanı yaradıb, o cümlədən Kriştianu Ronaldo ilə birlikdə kriptovalyuta kampaniyasında reklamlarda çəkilib.