Üç yerli futbolçu ilə müqavilə bağladılar - 2-3 illik

02:20 Hadisə 110
Üç yerli futbolçu ilə müqavilə bağladılar - 2-3 illik

Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"yə rəqib olan "Hayduk" üç istedadlı futbolçu ilə müqavilə bağlayıb.

Sportinfo.az Split təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar Dominik Babiç, Lovre Lonçar və Duye Milişiçdir.

Babiç və Milişiçlə 3 illik, Lonçarla 2 illik müqavilə bağlanılıb.

Dominik Babiç "Osiyek"dən transfer olunub. 18 yaşlı cinah yarımmüdafiəçisi ötən mövsüm "Zirə"yə qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü vaxtı Bakıda ehtiyat oyunçular skamyasında qalıb.

Xorvatiyanın U-19 yığmasının futbolçusu "Osiyek"lə müqaviləsi bitdiyi üçün "Hayduk"a azad agent kimi keçib.

19 yaşlı hücumameylli yarımmüdafiəçi Lovre Lonçar və 18 yaşlı sol cinah yarımmüdafiəçisi Duje Milişiç isə "Hayduk" akademiyasının yetirmələridir.

"Zirə" "Hayduk"la ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 18:10 Çək və bizə göndər!
23 İyun 07:20 Prezident bilirdi...