“Neftçi” jurnalistləri uddu, hakimlər şou göstərdi - FOTOLAR

16:40 Hadisə 277
“Neftçi” jurnalistləri uddu, hakimlər şou göstərdi - FOTOLAR

Mərhum azərbaycanlı hakim Tofiq Bəhramovun 100 illik xatrirəsinə həsr olunmuş turniri davam edir.

Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin təşəbbüsü, “Topaz”ın maliyyə dəstəyi ilə baş tutan ikinci turun oyun günündə dörd matç oynanılıb.

Günün birinci matçında “Media Star”la “Neftçi” PFK qarşılaşıb.

Heyətində vaxtilə Premyer Liqada top qovan, hazırda “Neftçi”də çalışan Emin Mustafayevlə Ramil Mansurovun çıxış etdiyi “ağ-qaralar” jurnalistlər üzərində inamlı qələbə qazanıb – 11:3.

“Media Star”ın heyətində Rüfət Məhərrəmli dubl edib, digər topu Kamran Quliyev rəqib qapısından keçirib.

Növbəti görüşdə“Veteran hakimlər”lə “Kiber” ilə üz-üzə gəlib. Fariz Yusifov, Ramil Diniyev, Rəhim Həsənov, İmanxan Sultani kimi tanınmış fit sahiblərinin yer aldığı kollektivin rəqib üzərində qələbə qazanacağı gözlənilsə də, əksi yaşanıb.

Fiziki cəhətdən daha hazırlıqlı olan “Kiber”, təkcə texnologiya sahəsində deyil, qazon üzərində də xüsusi bacarığa sahib olduğunu göstərərək meydanı 7:4 hesablı qələbə ilə tərk edib.

Küləkli hava şəraitində keçirilən “Union”la “Ref Team”in duelində həm də “qol yağışı yağıb”. Hazırda hakimlik edənlərdən qurulmuş kollektivdə yer alanlar səfirlik əməkdaşlarına əsl futbol dərsi keçib.

Baxımlı hücumlarla qol vurmaqdan doymayan “Ref Team” rəqibi 19 dəfə mərkəzə dəvət etdiyi halda, “Union” qollardan cəmi 3-nün əvəzini çıxa bilib.

Günün sonuncu qarşılaşmasında AzTV-ni təmsil edən “Qalaktikos” “The Same”lə münasibətlərinə aydınlıq gətirib. Burada da bir komandanın aşkar üstünlüyü müşahidə olunub.

Futzal hakimlərindən ibarət kollektiv 10:2 hesabı ilə qalib gəlib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti