“Zirə” üçün başladılar

04:00 Hadisə 108
“Zirə” üçün başladılar

“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Split “Hayduk”u təlim-məşq toplanışına başlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiya klubu yeni baş məşqçi Qonzalo Qarsiyanın rəhbərliyi altında ilk məşqinə çıxacaq.

İyunun 27-dək Splitdə hazırlaşacaq kollektiv ardından toplanışın əsas mərhələsi üçün Sloveniyanın Bled şəhərinə yollanacaq.

“Hayduk” iyulun 4-dək qalacağı Bleddə iki yoxlama görüşü keçirəcək. Rəqiblər Bolqarıstanın ÇSKA (30 iyun) və Sloveniyanın “Radomlye” (4 iyul) klubu olacaq.

Komanda “Zirə” ilə matçların son hazırlıqlarını isə Splitdə görəcək. Təmsilçimizlə qarşılaşma öncəsi iyulun 18-də Avstriya klubu LASK-la yoxlama oyunu təşkil ediləcək.

“Zirə” “Hayduk”la ilk oyununu iyulun 24-də evdə, cavab matçını isə 31-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!