Ulduz futbolçu bu gözələ kiminlə xəyanət etdi? - FOTOLAR

02:30 Hadisə 152
Ulduz futbolçu bu gözələ kiminlə  xəyanət etdi? - FOTOLAR

İngiltərə Premyer Liqasının keçmiş ulduzu, hazırda isə İtaliyanın "Komo" klubunda çıxış edən Dele Allinin şəxsi həyatında yenidən çalxantılar yaşanır.

Sportinfo.az xəbər verir ki, yay tətilini İbizada keçirən futbolçu, bu dəfə sevgilisi, model Sindi Kimberlisiz səyahət edib.

Sindi bu vaxt Mərakeşdə şəxsi geyim brendini tanıtmaqla məşğul olub. Şahidlərin bildirdiyinə görə,

Dele isə Amsterdamdan olan, fars əsilli model Parmida Şahbazi ilə birgə əylənib. Cütlük kluba birlikdə gedib və gecəni orada keçirib.

İbizada futbolçunun bacısı Molli də olub. O, sonradan Parmidanı "Instagram"da izləməyə başlayıb, lakin yayılan söz-söhbətlərdən sonra onu izləmədən çıxarıb.

Bu detal Dele ilə Parmida arasında mümkün yeni münasibət barədə şayiələri daha da alovlandırıb.

Dele Alli ilə Sindi Kimberli arasında münasibətlərin gərginliyi barədə söz-söhbətlər mediada ilk dəfə deyil ki, yayılır. İki il əvvəl Sindi onun ad gününə yazdığı təbrik mesajını sosial şəbəkələrdən silmiş, bu da xəyanət şayiələrini gücləndirmişdi.

Bildirilir ki, futbolçu bu məsələlərə görə dəfələrlə üzr istəyərək hədiyyələr və bahalı səfərlərlə münasibəti düzəltməyə çalışıb.

Bu dəfə isə diqqətli izləyicilər Sindinin "Instagram" hesabından Delenin bütün fotolarını, o cümlədən apreldə Komo gölündə çəkilmiş romantik şəkli sildiyini və onu izləmədən çıxdığını müşahidə ediblər.

Cütlük 2022-ci ilin iyunundan bəri birlikdə idi. Həmin dövrdə Dele ciddi psixoloji çətinliklər və zədələrlə mübarizə aparırdı.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!
22 İyun 01:20 Musayev məğlub oldu