
“Karvan” daha bir futbolçu ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, qanalı Ezekiel Morqanla vidalaşdığını rəsmən açıqlayan Yevlax klubu Emil Qasımovla da yeni müqavilə bağlamayıb.
Bölgə klubu anlaşma müddəti başa çatan hücumçuya yeni təklif irəli sürməyib.
Premyer Liqaya vəsiqə qazanan “Karvan” I Liqada çıxış edərkən son mövsümdə Emil meydana çıxdığı 26 oyunda 14 qola imza atıb,
Morqan isə 10 qolun müəllifi olub Emilin “Səbail” klubuna, Morqanın isə “İmişli”yə keçəcəyi gözlənilir.