Ermənistan Azərbaycanla bağlı yeni şayiələri təkzib etdi

9 İyun 2025 07:50 Hadisə 609
Ermənistan Azərbaycanla bağlı yeni şayiələri təkzib etdi

Ermənistan Milli Təhlükəsizlik Xidməti sərhədi keçən iki yeniyetmətinin guya Azərbaycan tərəfindən “oğurlanması” ilə bağlı şayiələri təkzib edib.

MTX ölkəyə qaytarılan yeniyetmələrlə söhbət aparıldığını açıqlayıb.

“Məlum oldu ki, onlar ev heyvanlarını otararkən azıblar və duman səbəbindən yolu tapa bilməyiblər. Yəni azərbaycanlılar tərəfindən oğurlanmaları ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, – xidmətin məlumatında qeyd edilir.

17 və 18 yaşlarında olan iki erməninin Azərbaycanla sərhəddə itkin düşdüyü açıqlanıb. Daha sonra onların Ermənistana təhvil verildiyi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi