Dünya çempionları üçün Bakıda pulsuz konsert verildi - FOTOLAR

01:20 Hadisə 134
Dünya çempionları üçün Bakıda pulsuz konsert verildi - FOTOLAR

Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə paytaxtda konsert keçirilib.

Sportinfo.az xəbər verir ki, “Çempionlar şənliyi” (“Champions Fest”) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və “Azərbaycan” kinoteatrının yaxınlığında başlayıb.

Konsert proqramında tanınmış müğənnilər çıxış edirlər, giriş pulsuzdur.

Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib.

İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma millinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti