“Messinin tərcüməçiliyini edirdim, o, həmişə mənə yaxşı davranıb, hörmət göstərib”

12:45 Hadisə 190
“Messinin tərcüməçiliyini edirdim, o,  həmişə mənə yaxşı davranıb, hörmət göstərib”

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo uzun illər rəqib olduğu Lionel Messi ilə münasibətlərindən danışıb.

Ronaldo əvvəllər “Real”da, Messi isə “Barselona”da çıxış edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, Messiyə müəyyən bir bağlılığının olduğunu bildirib:

“Əlbəttə, Messiyə müəyyən bir bağlılığım var. Biz 15 il ərzində eyni səhnədə idik.

Xatırlayıram, tədbirlərdə ingilis dilini yaxşı bilmədiyi üçün onun tərcüməçiliyini edirdim. Messi həmişə mənə yaxşı davranıb və hörmət göstərib”.

Ronaldo hələ ki, “Əl-Nəsr”lə müqaviləsinin müddətini uzatmayıb və yaxın vaxtlarda azad agent kimi yeni komandaya keçə bilər. Messi isə Amerikanın “İnter Mayami” klubunun rənglərini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti