“Neftçi”dən ayrılan futbolçunun anası dilə gəldi: “İt-qurd gəlib yesin” - FOTO

7 İyun 20:00 Hadisə 1 367
“Neftçi”dən ayrılan futbolçunun anası dilə gəldi: “İt-qurd gəlib yesin” - FOTO

“Neftçi” Azər Salahlı ilə yollarını ayırdı.

Təcrübəli futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi sual altında olsa da, saytımızın əldə etdiyi xəbərə görə, onunla “Turan Tovuz” maraqlanır.

Məhz bu məlumatı saytımızda yerləşdirəndən sonra “Neftçi” azarkeşləri “Sportinfo”nun sosial media səhifəsində Salahlının ayrılığı ilə bağlı müxtəlif şərhlər yazıblar.

Əksəriyyət solaxay müdafiəçinin komandadan gedişini alqışladığını göstərib.

Bu mənzərə isə səbəbkar futbolçunun anasının xoşuna gəlməyib.

Azərin valideyni etirazını bu sözlərlə bildirib:

“Neftçi”dən getdi, yenə “Neftçi”nin “azarkeşlər”i əl çəkmədiz. Dərdiniz nədir? İt-qurd gəlib yesin. Özünüzü əzin”.

31 yaşlı futbolçu 2022-ci ilin yanvarından şərəfini qoruduğu komandada meydana çıxdığı 102 qarşılaşmada 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti