Emin Mahmudovla görüşmək üçün otelə görün kim gəldi! - Riqadan FOTO

7 İyun 2025 16:40 Hadisə 9 283
Emin Mahmudovla görüşmək üçün otelə görün kim gəldi! - Riqadan FOTO

Azərbaycan millisi ilə Latviyaya yollanan Emin Mahmudov sürpriz hadisə ilə üzləşib.

Hazırda bu ölkədə top qovan keçmiş “Neftçi”li Emini görmək üçün otelə təşrif buyurub.

Vaxtilə “ağ-qaralar”ın uğurları üçün tər tökmüş Mamadu Kane yığmamızın Latviya ilə yoldaşlıq oyunu keçirəcəyini eşidincə özünü otelə çatdırıb.

2021-ci ildə “Neftçi”nin çempion olduğu mövsümdə komandanın aparıcı simalarından olmuş cütlük komandanın keçmişindən və bu günündən söz açıblar. Görüşdə “Neftçi”də, eləcə də Azərbaycan millisində tərcüməçi kimi çalışan Vüqar Əliyev də iştirak edib.

Maraq üçün bildirək ki, 2019-2021-ci illər aralığında bakılıların uğurları üçün tər tökmüş qvineyalı yarımmüdafiəçi 2021-ci ilin yayında 300 min avro qarşılığında “Olimpiakos”a transfer olmuşdu.

O, hazırda müqavilə ilə “Pafos”a (Kipr) məxsus olsa da, icarə əsasında Latviya “Auda”sının şərəfini qoruyur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi