Həm "Qarabağ", həm "Sabah"... Onlar tarixə necə düşdü?

3 İyun 2025 01:20 Hadisə 648
Həm "Qarabağ", həm "Sabah"...  Onlar tarixə necə düşdü?

Azərbaycan kubokunun 2024/25 mövsümünün finalında 5 qol vurulub.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın “Qarabağ”a əlavə vaxtda 3:2 hesabı ilə qalib gəldiyi matç turnirin tarixinə düşüb.

Bu görüş əsas və əlavə vaxtında ən çox qol vurulan final oyunu olub. 1992-ci ildən keçirilən kubokun əvvəlki həlledici qarşılaşmalarında bu qədər qol vurulmayıb.

Bunadək ən məhsuldar finalda 4 qol qeydə alınıb. 2014/15 mövsümündə “Qarabağ” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.

Ümumilikdə 31 finalda 62 qol vurulub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi