Biabırçı olay - Bölgə klubunda 121 manata görə prezidentlə həkim üz-üzə qaldı

2 İyun 22:20 Hadisə 769
Biabırçı olay - Bölgə klubunda 121 manata görə prezidentlə həkim üz-üzə qaldı

"Hypers Quba"da növbəti dəfə qalmaqal yaşanıb.

Bu dəfə klub rəhbəri Ayaz Quliyevlə həkim Akif Taqarov arasında gərginlik baş tutub.

Səbəb isə klub rəhbərinin həkimi günlərdi aldatmasıdır.

Belə ki, 28 May tarixində "Difai" komandası ilə keçirilən pley-off matçından əvvəl Ayaz bəy Akif Taqarova zəng edərək 1 günlük həkim funksiyasını icra etməyi xahiş edib.

Son olaraq MOİK-də çalışan 70 yaşlı həkim fasilə olduğunu nəzərə alaraq İkinci Liqa təmsilçisinin istəyinə yox deməyib.

1 oyunluq xidmətin qarşılığı olaraq isə tərəflər 70 manata razılığa gəlib.

Oyun günü klubdan həkimə bildirilib ki, istifadə etmək üçün heç bir tibbi ləvazimat da yoxdur.

Taqarov bölgə klubuna dəstək olmaq, pis durumda buraxmamaq üçün öz cibinin pulu ilə 51 manat dəyərində lazım olan dərman və sarğıları alıb.

Oyun başa çatandan sonra halal zəhmətinin haqqını almağa gələndə Ayaz bəydən "kartını göndər, mən sənin pulunu ora ataram" cavabını alıb.

Artıq 5 gün arxada qalıb, amma puldan xəbər-soraq yoxdur.

Adam öz cibindən xərclədiyi pulu belə ala bilmir.

Akif bəy hər dəfə müxtəlif bəhanələrlə aldadılır.

Ən sonda isə həkimə bildirilib ki, alacağımız var, onu alanda sizin də pulunuzu verəcəyik.

Akif Taqarova təsir edəni isə 121 manatın verilməməsi deyil, onun aldadılmasıdır.

Axı bir klubun rəhbərində 121 manat yoxdursa, onun böyük pulların dövr etdiyi futbol sferasında nə işi var?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti