“Neftçi”nin baş məşqçisini döyən şəxs kim olub? - VİDEO

8 Fevral 2025 12:40 Hadisə 1 573
“Neftçi”nin baş məşqçisini döyən şəxs kim olub? - VİDEO

“Belə bir hadisədə adımızın hallanmağı xoş deyil”.

Sportinfo.az xəbər verir ki, bunu idman.biz-ə “Vətən" Futbol Məktəbinin direktoru Mustafa Həsənov deyib.

O, U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” - “Neftçi” oyununda baş verən hadisəyə münasibət bildirib:

“Həmin şəxs bizim işçi deyil. Onun heç bir lisenziyası, yaxud da “Vətən” futbol məktəbinə aidiyyəti yoxdur.

O, həmin vaxt azarkeş zonasında imiş. Sadəcə məşqçilərin sərt danışdığını görüb, aralamağa cəhd edib.

Sonra isə “Neftçi”nin texniki zonasında baş verən münaqişəyə qarışıb. Bizdə olan ilkin məlumat budur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Prosesdə hər hansı nüanslar ortaya çıxarsa, müvafiq qərarlar qəbul olunacaq. Məsələ məktəb tərəfindən də nəzarətdədir”.

Qarşılaşmada “Vətən”in inzibatçısı olduğu bildirilən şəxs “Neftçi”nin baş məşqçisi Asif Ramazanova kəllə ataraq onun burnunu sındırıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO