Ronaldonun bu şəhərdə heykəli ucaldıldı - FOTOLAR

7 Fevral 2025 10:20 Hadisə 15 031
Ronaldonun bu şəhərdə heykəli ucaldıldı - FOTOLAR

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonun 40 illik yubileyi şərəfinə Nyu-Yorkda heykəli ucaldılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Bildirilir ki, əfsanəvi futbolçunun 3,65 metr hündürlüyündə olan bürünc heykəli heykəltəraş Serxio Furnari tərəfindən hazırlanıb.

Ronaldonun heykəli Portuqaliya millisinin formasında təqdim olunur.

Ronaldo karyerasının böyük hissəsini 2009-2018-ci illərdə “Real Madrid”də keçirib. Komanda ilə birlikdə iki dəfə İspaniya çempionatının, iki dəfə ölkə kubokunun, həmçinin dörd dəfə Çempionlar Liqasının qalibi olub.


Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı