Neymar məşqə şəxsi helikopterlə gəlir, çünki… EVİ YOXDUR

6 Fevral 18:20 Hadisə 671
Neymar məşqə şəxsi helikopterlə gəlir, çünki… EVİ YOXDUR

“Santos”un yeni hücumçusu Neymar Rio-de-Janeyro ştatının Manqaratiba şəhərindəki evdən klubun məşq meydançasına yollanır.

Sportinfo.az “Globo”-ya istinadən xəbər verir ki, futbolçu “Santos”un bazasına məşq üçün şəxsi helikopteri ilə uçur, çünki o, hələ də klubun təmsil etdiyi şəhərdə daşınmaz əmlak almayıb.

32 yaşlı oyunçu Santos Morro de Santa Terezinhanın prestijli ərazisində yeni malikanə almağa hazırlaşır.

Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılaraq “Santos”a qayıdıb. O, 2009-2013-cü illərdə “Santos”un əsas komandasında çıxış edib.

Bu müddət ərzində bütün turnirlərdə 225 matçda iştirak edən forvad 136 qol vurub və 64 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu