Daha bir şəhid anası vəfat etdi - FOTO

6 Fevral 2025 07:10 Hadisə 706
Daha bir şəhid anası vəfat etdi - FOTO

2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olmuş Tuncay Əlizadənin anası Rəna xanım vəfat edib.

Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

Əlizadə Tuncay Nicad oğlu 25 noyabr 2004-cü il Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. 20 sentyabr 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ötən gün Vətən müharibəsi şəhidi Mehrab Əliyevin anası Almaz Əliyeva da dünyasını dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı