COP29

AFFA rəhbərliyi Yunis Hüseynova diqqət göstərdi - FOTO

4 Fevral 03:10 Hadisə 310
AFFA rəhbərliyi Yunis Hüseynova diqqət göstərdi - FOTO

AFFA rəhbərliyi Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynovu 60 illik yubileyi münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Y.Hüseynovla görüşərək ona federasiya adından təbrikləri çatdırıb, Azərbaycan millisinin 60 nömrəli formasını hədiyyə edib.

Bu il fevralın 1-də Y.Hüseynovun 60 yaşı tamam olub.

Hüseynov futbolçu karyerası ərzində "Neftçi", "Kəpəz" və "ANS Pivani" klublarında oynayıb. O, baş məşqçi kimi isə "Karvan", "Standard", "Xəzər Lənkəran"da işləyib. Hazırda "Turan Tovuz"da baş məşqçinin köməkçisidir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 18:10 Çək və bizə göndər!