12 nəfərlə oynadılar – Ölkə çempionatında BİABIRÇILIQ!

3 Fevral 2025 10:00 Hadisə 1 475
12 nəfərlə oynadılar – Ölkə çempionatında BİABIRÇILIQ!

Niderland Erediviziyasının 21-ci turunda keçirilən “Herenven” - “Fortuna” (2:2) matçında maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində texniki səhv ucbatından qonaqların heyətində 12 futbolçu olub.

Qonaq komandanın matçı 12 nəfərlə davam etdirməsi qarşılaşmanın baş hakiminin gözündən qaçıb və “Fortuna” qol vuraraq hesabı bərabərləşdirib.

Niderland Futbol Federasiyasının qarşılaşma ilə bağlı hansı qərarı verəcəyi maraqla gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM