Klub sahibi qovmaqla hədələdi: “Qarabağ”la oyun vecinə deyilsə, bizimlə deyilsən!”

2 Fevral 2025 14:25 Hadisə 1 661
Klub sahibi qovmaqla hədələdi: “Qarabağ”la oyun vecinə deyilsə, bizimlə deyilsən!”

FKSB-nin prezidenti Cici Bekali komandanın yarımmüdafiəçisi Marius Ştefeneskunu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna oyunçunun Avropa Liqasının 7-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirilən oyunda (2:3) ciddi səhvlərə yol verməsi səbəb olub.

Funksioner “Prime Sport”a açıqlamasında Mariusu komandadan qovmaqla təhdid edib:

“Gücün yoxdusa, driblinq edə bilmirsənsə, heç olmasa, sürətli ötürmə texnikasına sahib olmalısan. Səhv edirsənsə, oyunun taleyi vecinə deyilsə, bizimlə deyilsən! Mariusun potensialı var.

İntellektual və hərəkətli futbolçudur. Onu çox bəyənirdim. Amma indi həmin Marius yoxdur.

Ümid edirəm ki, tezliklə özünü toparlayacaq. Bu alınmasa, bizimlə qalmayacaq”.

Ştefenesku “Qarabağ”la matçın 46-cı dəqiqəsində əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM