“CBC Sport” üzr istədi: “Sarı” qapıçıya deyil, ona verilibmiş - FOTOLAR

2 Fevral 2025 09:00 Hadisə 966
“CBC Sport” üzr istədi: “Sarı” qapıçıya deyil, ona verilibmiş - FOTOLAR

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində baş tutmuş “Turan Tovuz” “Səbail” qarşılaşmasında (1:1) maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, “Turan-Tovuz”un qapıçısı Sergey Samok “Səbail” ilə matçın 44-cü və 90+3-cü dəqiqələrində sarı vərəqə alıb.

Lakin baş hakim Tural Qurbanov Samoka qırmızı vərəqə göstərməyib və qolkiper matçın sonuna qədər meydanda qalıb.

“CBC Sport” “Turan Tovuz” “Səbail” qarşılaşmasında qapıçının ikinci sarı vərəqəsi məsələsinə aydınlıq gətirib:

Bildirilib ki, görüşünün 45-ci dəqiqəsində sarı vərəqə qapıçı Sergey Samoka deyil, “Səbail”in üzvü Süleyman Alluşa göstərilib:

“Texniki xəta səbəbindən sarı vərəqənin efirimizdə “Turan-Tovuz”un qapıçısı Sergey Samoka göstərildiyi qeyd edilib.

Nəticədə ikinci hissədə Sergey Samok sarı vərəqə alarkən bu da tamaşaçılar və azarkeşlərin haqlı çaşqınlığına səbəb olub.

Texniki səhv nəticəsində yaranan anlaşmazlığa görə futbol ictimaiyyəti və azarkeşlərdən üzr istəyirik”.

Fotoda Süleyman Alluş


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"