Azərbaycanda qalmadı, karyerasında 14-cü komandanı seçdi

2 Fevral 2025 01:50 Hadisə 1 363
Azərbaycanda qalmadı, karyerasında 14-cü komandanı seçdi

“Keşlə”nin (indiki “Şamaxı”) sabiq futbolçusu Anatole Abanq növbəti dəfə komandasını dəyişir.

Sportinfo.az xəbər verir ki, kamerunlu hücumçu Birləşmiş Ərəb Əmirlikləri klubu “Əl-Bateh”dən ayrılır.

Ancaq 28 yaşlı forvard eyni liqada çıxışını davam etdirəcək. Çünki o, çempionatın lideri Al “Şarjah”la anlaşıb. Yaxın günlərdə transferin rəsmiləşməsi gözlənilir.

“Şarjah” Abanqın 12 illik karyerasında 14-cü komandası olacaq. O, 2013-cü ildən bəri ABŞ, Danimarka, Finlandiya, Rumıniya, Çin, Moldova və Azərbaycanda legioner həyatı yaşayıb.

Anatole Abanq 2021-ci ildə ölkəmizdə “Keşlə”nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı