Erməni jurnalisti susdurdu: “Siz doğrudanmı, başa düşmürsüz ki...” - VİDEO

1 Fevral 2025 08:10 Hadisə 548
Erməni jurnalisti susdurdu: “Siz doğrudanmı, başa düşmürsüz ki...” - VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualına sərt reaksiya verib.

Erməni jurnalistin sualına rusiyalı diplomat belə cavab deyib:

“Siz doğrudanmı başa düşmürsünüz ki, bizim ikitərəfli gündəliyimiz barədə sual erməni mediası nümayəndəsinin dilindən necə gülməli səslənir?”.

M.Zaxarovanın sözlərinə görə, bu sual Rusiya-Azərbaycan münasibətlərinin ikitərəfli əsaslarda inkişaf etməsi və Bakı ilə İrəvan arasında münaqişənin həlli məsələsinə aidiyyəti olmaması kontekstində “absurd” səslənir.

“Düşünürdüm ki, siz məndən Davosda səslənən “erməni soyqırımı” bəyanatı barədə soruşacaqsınız. Azərbaycanla ikitərəfli münasibətləri necə qurduğumuz haqda sual absurd görünür”, - M.Zaxarova bildirib.

O xatırladıb ki, Rusiya XİN artıq bu məsələni şərh edib: “Niyə Ermənistan KİV nümayəndələri Rusiya-Ermənistan problematikası üzrə deyil, digər ölkələrin ikitərəfli münasibətləri problematikası üzrə sual verirlər?”.

Zaxarova Ermənistan media nümayəndələrinin Rusiya-Ermənistan gündəminin əsas aspektlərinə məhəl qoymadan sırf üçüncü ölkələrin ikitərəfli münasibətləri ilə bağlı suallar verməsindən təəccübləndiyini bildirib.

Sözügedən görüntüləri təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"