27 il işğal altında olmuş kənddən onun məzarının görüntüləri yayıldı - VİDEO

1 Fevral 2025 07:10 Hadisə 646
27 il işğal altında olmuş kənddən onun məzarının görüntüləri yayıldı - VİDEO

Şuşa şəhərinin keçmiş icra başçısı olan Mikayıl Gözəlovun məzarının görüntüləri yayılıb.

Onun məzarı 27 il işğal altında olmuş Ağdamın Mərzili kəndində yerləşir.

Görüntülərdən erməni işğalı dövründə həm Mikayıl Gözəlovun, həm də ətrafındakı məzarların dağıntılara məruz qaldığı öz əksini tapıb.

M.Gözəlov Şuşanın və Qarabağdakı digər yaşayış məntəqələrinin müdafiəsində mühüm rol oynayıb. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub.

Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.

1991-ci ilin dekabrın 11-də Şuşadakı iş otağında güllələnərək öldürülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"