Qərarın ləğv edilməsini istədilər, həbsdə qaldılar

18 Yanvar 08:50 Hadisə 551
Qərarın ləğv edilməsini istədilər, həbsdə qaldılar

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücumla bağlı həbs edilən kikboksçular barələrindəki qərardan narazıdırlar.

Sportinfo.az xəbər verir ki, onların şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Müdafiə tərəfi həbs qərarının ləğv edilməsini istəyib.

Hakim etirazı əsaslı hesab etməyib. Xuliqanlıqda ittiham edilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun həbsinin davamına qərar verilib.

İdmançılar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!