“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Ayaks”ın Niderland çempionatının 5-ci turundakı oyunu təxirə salınıb.
Sportinfo.az xəbər verir ki, buna səbəb polislərin keçirdiyi etiraz aksiyalarıdır. Sözügedən görüş sentyabrın 15-də oynanılmalı idi.
Polislər şəhərdə səs-küylü aksiyalar keçirərək, polis bölmələrini bağlayıblar. Etirazlara səbəb isə polis işçilərinin erkən təqaüdə çıxmaq istəyidir.
Ona görə də sentyabrın 15-də "Yohan Kroyff Arena"da keçirilməsi nəzərdə tutulan "Ayaks" - "Utrext" matçı təhlükəsizlik baxımından təxirə salınıb.
“Qarabağ” 3-cü turda Bakıda “Ayaks”ı qəbul edəcək. Matç oktyabrın 24-də keçiriləcək.