Əslən Gəncədən olan beynəlxalq dərəcəli hakim, məşqçi-müəllim Novil İsmayılov vəfat edib.
Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, o, ürəktutmasından ölüb.
Novil İsmayılov 1952-ci ildə anadan olub.
O, ümumittifaq dərəcəli veteran futbol hakimi olub. SSRİ çempionatında “Dəri top” mükafatına layiq görülüb.
Müstəqilllik dövründən 2017-ci ilə qədər hakim-inspektor kimi fəaliyyət göstərib. Fəxri bədən tərbiyə işçisi olub.