“İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması xəbəri yalandır”

10 Aprel 2024 12:50 Hadisə 561
“İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması xəbəri yalandır”

Ermənistan Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə guya İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı yayılan məlumatları təkzib edib.

Bu barədə məlumatı Ermənistan DİN-in Mətbuat xidməti yayıb.

Bildirilir ki, polis İrəvanda rusiyalı turisti onun üzərində narkotik maddə olması şübhəsi ilə saxlayıb.

Polis bölməsinə aparılan həmin şəxsdə isə narkotik maddə aşkar edilməyib. Onun Ermənistana turist kimi səfər etdiyi məlum olub.

Qeyd olunur ki, sosial şəbəkələrdə bu hadisə ilə bağlı guya İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması barədə şayiələr yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"