Kütləvi dava düşdü, oyun yarımçıq qaldı, 8 futbolçu ağır cəza aldı, Abbasov özündən çıxdı

28 Mart 2024 02:30 Hadisə 3 419
Kütləvi dava düşdü, oyun yarımçıq qaldı, 8 futbolçu ağır cəza aldı, Abbasov özündən çıxdı

AFFA İntizam Komitəsi Gənclər Liqasının yarımçıq dayandırılan İCBFA – “Turan Tovuz” oyunu ilə bağlı cəzaları açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qurum görüşdə qırmızı vərəqə alan hər komandanın 4 futbolçusunu 4 matçlıq diskvalifikasiya edib.

“Turan Tovuz”dan Fərid Cəfərov, Tahir Tağıyev, Məhəmməd Abbasov və Dəniz Rəcəbov, İCBFA-dan isə Fərid Eyvazov, Heydər Cəbrayılov, Cavid Məmmədov və Fərid Quliyev qarşıdakı 4 görüşü buraxacaqlar.

Onlardan Fərid Cəfərov hakimi təhqir etdiyinə, digərləri təcavüzkar davranışa görə cəzalandırılıblar.

“Turan Tovuz”un köməkçi məşqçisi Ruslan Abbasov isə son dəqiqələrdə meydana daxil olaraq hakimin qərarına etirazını bildirib. Həmin hərəkətinə görə qırmızı vərəqə alan mütəxəssis 2 oyunluq cəzaya məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"