"Sonra anladım ki, Rövnəq Abdullayevlə bağlı məsələdə yanılmışam" - FOTO

6 Aprel 2024 01:00 Hadisə 915
"Sonra anladım ki, Rövnəq Abdullayevlə bağlı məsələdə yanılmışam" - FOTO

“İnter”in (indiki “Şamaxı”) sabiq prezidenti Georgi Nikolov AFFA rəhbərliyində baş verən dəyişikliyə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, “facebook” səhifəsində paylaşım edən bolqarıstanlı Rövnəq Abdullayevin 16 illik prezidentlik dövründən yazıb:

"Peşəkar yolumun çox hissəsi bu fotoda yanımda dayanan insanla bağlıdır. O, AFFA-nın prezidenti seçiləndə, bu qərardan o qədər razı deyildim.

Sonra anladım ki, öz hökmümdə yanılmışam...Rövnəq Abdullayevin adı Azərbaycanda futbolunda yaxşı inkişaf dövrü ilə bağlıdır.

Onun bütün ürəkdən alqışladığım uğurlu qərarlarını sadalamayacağam. Necə ki, onun idarəçiliyində olan nöqsanları mən şiddətlə tənqid etmişdim.

Heç kim mükəmməl deyil. Və bir gün estafeti öz davamçılarımıza ötürəcəyik.

Əsas odur ki, iz buraxaq. Cənab Abdullayevin çatdırdıqları heyrətamizdir. Şadam ki, onu tanıdım və missiyasına bacardığım qədər kömək etdim".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!