
«Elxan Səmədov futbolumuzun inkişafını istəyən adamdır».
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun ünvanına müsbət fikirlər səsləndirib.
Tanınmış şərhçi ötən ilin yayında Ramin Musayevin yerinə gəlmiş funksionerin yaxşı kadr olduğunu bildirib, barəsində «onu kəşf etdim» ifadəsini işlədib.
Abbasov deyib ki, Səmədov yaxşı reputasiya qazanıb və üzərinə götürdüyü işin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgəmir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: