Xankəndi: qondarma qurumun “parlament"ində itaətsizlik çağırışları...

26 May 2023 03:30 Hadisə 373
Xankəndi: qondarma qurumun “parlament"ində itaətsizlik çağırışları...

"Ermənistan baş naziri açıq şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını barədə bəyanatını yerli emrənilər arasında dəstəkləyənlər olub.

Oyuncaq rejimin “parlamenti” bu ilin mayın 22-də axşam saatlarında, növbədənkənar iclas keçirib.

Həmin iclasın sonunda birgə bəyanat qəbul edilb və sənəd yerli ermənilərin televiziyasının saytında redaktə edilmiş versiyada qoyulub. Həmin saytda Nikol Paşinyana qarşı kəskin tənqidi fikirlər səsləndirən "deputat"ların çıxışları yer almayıb.

Erməni mediasının yazdığına görə, çıxışçılardan bəziləri Azərbaycana qarşı söyləmlərində də xüsusi canfəşanlıq nümayiş etdiriblər.

Söhbət ilk növbədə “Azad Vətən” adlı fraksiyanın üzvü Aşot Danielyandan gedir. O, çıxışında bir neçə dəfə xarakterik “kapitulyant” ifadəsindən istifadə edib.

“Ədalət” fraksiyasının üzvü Metaxe Akopyan da “Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan dövlət xainidir” deyib.

Digər Xəbərlər
Xəbər Lenti